XəzərXəbər Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunub.
Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçirilən "Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.