Xəzər Xəbər

Beş rayonda meşələrə kameralar quraşdırılıb

Cəmiyyət | 17:19 • 27 Dekabr 2018
Beş rayonda meşələrə kameralar quraşdırılıb

Dekabrın 27-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər” mövzusunda qeyri-hökumət təşkilatları və media nümayəndələri ilə dialoq təşkil olunub.


Xezerxeber.az xəbər verir ki, görüşdə əhalini narahat edən həlli vacib ekoloji problemlərin aradan qaldırılması üçün nazirlik tərəfindən müəyyənləşdirilmiş prioritet istiqamətlər, onların həlli yolları, bu işdə ictimaiyyətin və medianın iştirakı, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.


Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev keçirilən ağacəkmə aksiyalarında təkcə Bakıda və Abşeron yarımadasında 100 minə yaxın ağac əkildiyini deyib. Aksiyalar çərçivəsində ümumilikdə bir milyona yaxın ağac əkilib.


Meşələrin mühafizəsi istiqamətində görülən işlərdən danışan nazir müavini deyib ki, 5 rayonda - Zaqatala, Oğuz, Qəbələ, Şəki, Qaxda meşələrə kameralar quraşdırılıb. İyirmi min hektara yaxın ərazini əhatə edən kameralar vasitəsilə 1650 metrdən hədəfi görmək mümkündür. Kameralar vasitəsilə qanunsuz ağac kəsintisi ilə yanaşı, meşə yanğınlarının da qarşısı alına bilər. Gələcəkdə kameraların digər bölgələrdə də quraşdırılması nəzərdə tutulub.


Dialoq formatında davam edən görüşdə nazirlik tərəfindən başlanılan aksiyalar və keçirilməsi nəzərdə tutulan tədbir və layihələrlə bağlı məlumatlar verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb, ekoloji məsələlərin həllində ictimaiyyətin və medianın rolu barədə fikir mübadiləsi aparılıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar