Xəzər Xəbər

Qəbiristanlıqların salınması və idarə olunması bələdiyyələrə verilib

Cəmiyyət | 09:49 • 7 Dekabr 2018
Qəbiristanlıqların salınması və idarə olunması bələdiyyələrə verilib

Qəbiristanlıqların salınması və idarə olunması qaydaları təsdiqlənib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli qanununun tətbiqi haqqında Azərbaycan Prezidentinin 2018-ci il 18 yanvar tarixli Fərmanının 3-cü hissəsinə əsasən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib.

Yerli icra hakimiyyəti orqanlarına bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 (üç) ay müddətində təhvil verilməsini təmin etmək tapşırılıb. (Trend)

Xəbər lenti

Çox oxunanlar