Xəzər Xəbər

Azərbaycanda şəkər xəstəsi olan uşaqların sayı açıqlanıb

Cəmiyyət | 15:16 • 12 Noyabr 2018
Azərbaycanda şəkər xəstəsi olan uşaqların sayı açıqlanıb

2017-ci ilin dekabrına olan məlumata əsasən, Azərbaycanda 243 min, 2018-ci ilin 8 ayı üzrə isə 263 057 nəfər şəkərli diabet xəstəsi qeydiyyatda olub.


Bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.


Dünyada şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayının hər il 12-15 faiz artdığını deyən B.Salek qeyd edib ki, Azərbaycanda qeydiyyatda xəstələrin 1654 nəfəri uşaqdır. Uşaqların yalnız 20 nəfəri 2-ci tip diabetdir: "Bakı üzrə keçən il 580 uşaq qeydiyyatda olubsa, bu gün xəstə uşaqların sayı 600 dən çoxdur".


O əlavə edib ki, uşaqlar arasında şəkərli diabetin 1-ci tipi daha geniş yayılıb:


"Uşaqlarda bu xəstəlik kəskin başlayır. Çox zaman valideynlər uşaqlarının xəstə olmasından xəbərsiz olurlar. Uşaq arıqlayır, çoxlu su içir, halsız olur. Uşağa vaxtında düzgün diaqnoz qoyulmadıqda onu ya koma önü, yaxud koma vəziyyətində xəstəxanaya çatdırılırlar. Uşaqlar arasında şəkərli diabetin yayılmasının etim ologiyası çoxdur. Irsi amil, sağlam olmayan həyat tərzi, qidalanma diabetin yaranmasında rol oynayır. Böyük insanlarda alkoqol, hipodinamiya- hərəkətin azlığı şəkərli diabetin yaranmasına səbəb olur".


B.Salek bildirib ki, şəkərli diabet birbaşa ölümə səbəb olmasa da da, digər yanaşı xəstəlikləri ağırlaşdırır. Şəkərli diabet xüsusilə insult, infarkt, böyrək çatışmazlığı və s.xəstlikləri yaradaraq insan ölümünə səbəb ola bilir. (Trend)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar