Xəzər Xəbər

Bu günün havasından xəbəriniz olsun!

Cəmiyyət | 09:36 • 2 Noyabr 2018
Bu günün havasından xəbəriniz olsun!
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti