Xəzər Xəbər

Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında sürət həddi endirilib

Cəmiyyət | 12:44 • 28 Oktyabr 2018
Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında sürət həddi endirilib

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 


Xezerxeber.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.


"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, metereoloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik",-deyə Agentliyinin açıqlamasında bildirilir. 

Xəbər lenti