Xəzər Xəbər

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO

Cəmiyyət | 19:00 • 15 Oktyabr 2018
Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib -

Bu gün əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov torpağa tapşırılıb.


Mətbuat Şurasında Trend-ə verilən məlumata görə, vida mərasimi mərhumun evində keçirilib.


Şura sədri, Milli Mədlisin deputatı Əflatun Amaşov vida mərasimindəki çıxışında bildirib ki, Y.Kərimov çoxşaxəli yaradıcılıq diapazonuna malik dəyərli qələm adamı idi. Onun yoxluğu jurnalistikamız, publisistikamız və bütövlükdə ictimai fikir cameəmiz üçün son dərəcə böyük itkidir. MŞ sədri Azərbaycan ədəbiyyatının və jurnalistikasının tanınmış nümayəndəsi, ustad yazar, yurdsevər ziyalı, fəal vətəndaş, səmimi insan, gözəl dost kimi xarakterizə edən xüsusiyyətlərdən söz açıb, mərhumun doğmalarına və əzizlərinə başsağlığı diləklərini çatdırıb.


Çıxış edənlərdən veteran jurnalist Məzahir Süleymanzadə, MŞ-nin İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, əmədar jurnalist Zöhrab Zeynalov və başqaları Y.Kərimovun həyat yolundan söz açıblar. Onlar mərhum qələm sahibinin hər zaman jurnalistika prinsiplərinə sadiqliyini vurğulayıblar, onunla bağlı xatirələrini bölüşüblər.


Qeyd edək ki, dünən dünyasını dəyişmiş Y.Kərimov Xırdalan qəbirstanlığında torpağa tapşırılıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti