Qoç- Aktual
məsələlərin həlli, peşəkar fəaliyyət və maliyyə sahəsində yaranmış
problemlərin aradan qaldırılması üçün günün ilk yarısı ən optimal
zamandır. Çoxdan başladığınız işi tələsmədən, amma məntiqli şəkildə başa
vursanız, yaxşı nəticələr əldə edəcəksiniz.
Günün ikinci yarısında çətinliklərin çözülməsinə yaradıcı yanaşma sizdə daxili harmoniya hissi, razılıq duyğuları yaradacaq.
Axşam saatlarınızı yaxınlarınızla birlikdə, mənalı istirahətə üstünlük verərək keçirin.
Buğa- Sağlam həyat tərzini seçin. Xarici
görkəminizdə və ümumiyyətlə, yaşamınızda nəyi dəyişəcəyinizə qərar
verin. Aktiv olun, intensiv fəaliyyət göstərin. Ötənlərdə özünü
dəfələrlə doğrultmuş metodları seçin.
Günün ikinci yarısında yazışmalarda və hesabatlarda sərvaxt olun. Məsləhətlərə qulaq asın. Təcrübə mübadiləsində xeyir var.
Yaxınlarınızdan biri yardım gözləyir. Planlarınızı pozmamaq şərtilə
həmin adama kömək edin. Az sonra başlanacaq hadisələrin heç olmazsa,
bəzilərini təxminləməyə can atın.
Əkizlər- İşgüzar təmaslarda diqqətli olun.
Başqalarının məsləhətləri ilə davranaraq maraqlarınızı qurban verməyin.
Ən müxtəlif yaşda və sosial durumda olan insanlarla dil tapmağa
çalışın.
Günün ikinci yarısı intensiv ünsiyyət zamanıdır. Mobillik, çeviklik,
psixoloji mütəhərriklik xüsusi əhəmiyyət kəsb edəcək. Çalışdığınız
kollektivdə müəyyən gərgin anlar yaşana bilər.
İndiyədək çözə bilmədiyiniz mübahisəni axşam saatlarında asanlıqla həll edə bilərsiniz.
Xərçəng- Səhər saatlarında vurnuxma, işlərin
sürətli artımı istisna deyil. Anlaşılmazlıqlar və mübahisələrdə
haqsızlığa rəvac verməyin. Ədalətli olun. Emosional durumlarda
soyuqqanlı davranın.
Günün ikinci yarısında yeni işə başlayanda təcrübə və ya məlumat
çatışmazlığı ilə qarşılaşa bilərsiniz. Harasa təcili yollanmaq zərurəti
yaranacaq. Dəyər verdiyiniz insanlarla münasibətlərdə hər şey normal
deyil. Bununla belə, situasiyanı həddən artıq dramatikləşdirməyin.
Şir- Təşəbbüskar olun. Bədxahları pərişan etməyin
ən rahat yolu onların dedi-qodularına, şayiələrinə fikir verməməkdir.
Özünüzü, maraqlarınızı düşünün. Yoxsul yox, varlı olmağa can atın.
İnadkar və zəhmətkeş fəaliyyət uğur vəd edir.
Günün ikinci yarısında böyük fiziki qüvvə və vaxt tələb edən iş olacaq.
Tələsməyin, bədbinliyə qapılmayın. Gərəkli nəticəni ən son anda əldə
edəcəksiniz. Yaxınlarınızla təmaslarda onlara psixoloji təzyiq
göstərməyin.
Axşam saatlarında normal istirahət edin.
Qız- Ətrafınızdakı situasiyanı tam anlamasanız da,
tələsik qərarlar verməyə tələsməyin. Situasiyadan asılı davranmayın.
Hərəkətləriniz xaotik, qarışıq, ziddiyyətli olmasın. Optimal
strategiyanı düşünün, işlək taktika seçin.
Günün ikinci yarısında soyuqqanlı olun. Kiçik problemlərə və maneələrə fikir verməyin. Səbrli olun, irəliləyişə can atın.
Yaxınlarınızdan birinin sözləri və əməlləri sizi narahat edə bilər. Yalan eşidəcəksiniz. Hər sözə aldanmayın.
Tərəzi- Hiperaktivlik etməyin, məzmununa bələd
olmadığınız işlə bağlı təşəbbüsə qapılmayın. Məlumatlar toplayın,
müşahidə edin, deyilənlərə qulaq asın. Müzakirələr və toplantılar üçün
yaxşı zamandır.
Hansısa insana qəfil marağınız yarana bilər. Yeni layihə seçin.
Günün ikinci yarısında həmfikir olduğunuz insanla təmasları gücləndirin.
Əqrəb- Yaşananların məzmununu anlamağa çalışın.
Onsuz da gərgin olan əlaqələri ağırlaşdırmayın. Yeni ideyaları
reallaşdırmağa tələsməyin. Olaylarda yeni mərhələ, dönüş anı yaxınlaşır.
Malik olduqlarınızı araşdırın, təhlil edin.
Günün ikinci yarısında mövqeləriniz əvvəlki günlərlə müqayisədə səbatlı
deyil. Sınaqlardan keçməlisiniz. İmtinalar eşidəcəksiniz. Baş verməsi
çətin, müşkül saydığınız hadisə yaşanacaq.
Karyeranızda irəliləməyə çalışın, çünki belə davranış şəxsi münasibətlərinizə də təsir edəcək.
Axşam saatlarını yaxınlarınızla keçirin.
Oxatan- Günün ilk yarısında cəhdləriniz ən yaxşı
effekti verəcək. Bu və ya digər məsələnin çözüm sürəti
zəhmətkeşliyinizdən, inadınızdan asılıdır. Sizdən asılı olmayan
amillərlə təmayülləri də unutmayın.
Günün ikinci yarısında dürüst taktikanın seçilməsi xüsusi əhəmiyyət kəsb
edəcək. Əhvalınız işgüzar prosesə xüsusi təsir edəcək. Kiçik səhvləri
gələcək fəaliyyətiniz üçün faydalı təcrübə sayın. Yaxınlarınız və
qohumlarınızla təmaslarda səbrli, təmkinli olun. Münaqişə situasiyası
yaratmayın.
Oğlaq- Günün ilk yarısından etibarən aktiv çalışın.
Rəqiblərdən geri qalmayın. Qarşınıza qoyduğunuz məqsədə doğru
qətiyyətlə irəliləyin. Tamamilə yeni sahədə tapşırıqlar və sifarişlər
ala bilərsiniz.
Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə problemlər
yaranacaq. Anlaşılmazlıqları ağır müşküllərə çevirməyin. Karyeranıza
birbaşa təsir edə biləcək söhbət, müzakirə olacaq. Şəxsi həyatınızda
önəmli qərarları hələlik təxirə salın.
Axşam saatlarını evdən kənarda keçirin.
Dolça- Maddi məsələlərlə bağlı müəyyən problemlər
yarana bilər. Çevik və sayıq davranın. Maddi sahədə yeniliklər istisna
deyil. Şübhəli davranmayın. Yanlışlıqlar sizə ağrılı problemlər vəd
etmir.
Günün ikinciyarısında işlərinizin səhmanda olmasına xüsusi fikir verin.
İşdə rəhbərlik dediklərinizi dinləyəcək. Həmkarlarla münasibətlərin
normal olmasına çalışın.
Axşam saatlarına yaxın yorğunluq hiss edə bilərsiniz. Enerji səviyyəniz aşağı düşəcək. Sakitlikdə istirahət edin.
Balıqlar- Maraqlandığınız işlərlə səhər
saatlarından məşğul ola bilərsiniz. Diqqətli və sayıq olun. Karyera
müstəvisində uğurlar istisna deyil. Yaradıcılıqla bağlı planlarınıza
dəyişikliklər də mümkündür.
Günün ikinci yarısında bütün işləri müstəqil görməyə çalışın. Kənardan
yardım gözləməyin. Kollektiv fəaliyyətdə qıcıq, diskomfort istisna
deyil.
Axşam saatlarında şəxsi münasibətlərdəköhnə problemlər aktivləşə bilər. Sevdiyiniz insanla mühüm söhbətdən yayınmayın.
Milli.Az