Xəzər Xəbər

Naxçıvanda uşaqlar icbari dispanserizasiyadan keçiriləcək

Cəmiyyət | 13:18 • 10 Oktyabr 2018
Naxçıvanda uşaqlar icbari dispanserizasiyadan keçiriləcək
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


XəzərXəbər xəbər verir ki, sərəncam Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılması məqsədilə imzalanıb.


Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və icra barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verilməsi tapşırılıb.

Xəbər lenti

Çox oxunanlar