Xəzər Xəbər

Yağış yağacaq: Leysan olacağı ehtimalı var

Cəmiyyət | 12:42 • 6 Oktyabr 2018
Yağış yağacaq:
Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 13-15°, gündüz 17-19° isti, Bakıda gecə 13-15° , gündüz 16-18° isti təşkil edəcək.


Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər Lənkəran-Astara zonasında leysan xarakterli olacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 18-23° isti, dağlarda gecə 0-4°, gündüz 5-10° isti təşkil edəcək.

Xəbər lenti