Qoç- Enerjinizin
həddi-hüdudu yoxdur. Amma bir dənə də olsun, dəyərli və maraqlı bir iş
tapa bilmirsiniz ki, həmin qaynayan enerjinizi ona sərf edəsiniz.
Nəticədə vaxtınızı boşuna sərf edirsiniz. Başqalarının layihələrində
iştirak edən, ümumi maraqlara xidmət edən işləri həll edən Qoçlar isə bu
baxımdan istisna təşkil edirlər. Əməkdaşlıq sizə faydalıdır, bu
gününüzü daha maraqlı edir.
Şəxsi həyatda dəyişikliklərin təşəbbüskarları bu gün məhz Qoçlardır.
Bəziləri öz partnyorlarını cəsarətli və qeyri-adi təklifləri ilə
təəccübləndirir, bəziləri isə düşünürlər ki, artıq yeni bir mərhələyə
adlamaq vaxtıdır və əvvəlki əlaqələrini heç bir şübhə etmədən,
tərəddüdsüz, birdəfəlik kəsirlər.
Buğa- Gün maraqlı və uğurludur. Onu nəyə həsr etmək
qərarını özünüz verə bilərsiniz. Tamamilə yeni bir işə başlasanız, ilk
uğurların bu qədər tez alınmasına təəccüblənəcəksiniz. Əvvəllər
başladıqları işi davam etdirməkdə olan Buğalar qabaq onlara burada çox
çətin görünən problemləri tezliklə həll edəcəklər.
Bu gün dəyərli bir hədiyyə ala bilərsiniz. Sahibkarlar üçün öz
biznesləri üçün investorlar cəlb etmək çətinlik törətməyəcək. Şəxsi
münasibətləriniz də üzünüzü güldürəcək: əgər burada nə isə dəyişirsə,
yalnız yaxşılığa doğru dəyişir.
Əkizlər- Bu gün göylərin xüsusi himayə göstərdiyi
şəxslər arasındasınız. Günün birinci yarısı buna tam əmin olacaqsınız.
Hansı işdən yapışsanız, alınacaq. Yeniliklərə, həyatınızı dəyişməyə nə
qədər çox can atırsınızsa, bir o qədər bu işdə uğur qazanırsınız.
Həyatınızı çətinləşdirən stereotip və vərdişlərdən qurtulmaq bu gün sizə
asan olacaq.
Enerjiniz çoxdur, həyat eşqiniz coşub-daşır, yorulmaq bilmirsiniz. Bu
gün romantik tanışlıqlar üçün çox münasibdir: davamı ancaq xoşbəxtlik
vəd edir.
Xərçəng- Tamamilə yeni, daha maraqlı bir işlə məşğul
olmaq arzusundasınız. Ancaq məsuliyyət və vədləriniz sizi sərbəstlikdən
məhrum edir: əvvəlki işlərinizi bitirmədən irəli gedə bilməyəcəksiniz.
Bu gün çox işləməli olacaqsınız, entuziazmınız kifayət qədər olsa da,
çox cüzi yardım alacaqsınız.
Günün ikinci yarısı yaxınlarınızla münasibətlərdə ahəngdarlıq və
qarşılıqlı anlaşma vəd edir. Əvvəlki incikliklərdən əsər-əlamət
qalmayacaq və siz anlayacaqsınız ki, doğrudan da, sizi sevən insanlarla
əhatə olunmusunuz.
Şir- Bu gün öz qayğınıza özünüz qalın, "yuxarılar"
məşğuldur. Maliyyə vəziyyətiniz zərbə altındadır: pullar gah bilinməyən
istiqamətdə yoxa çıxır, ya da dəhşətli dərəcədə azalır. Planlarınızı
gözdən keçirin, xeyli pul tələb edən işləri bir qədər gözlədin.
Şəxsi münasibətlər baxımından gün o qədər də pis deyil: ciddi səhvlər
buraxmır, münaqişələrdən qaçır, hətta vaxtaşırı güzəşt yollarını da
arayırsınız. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa biləcəklər.
Qız- Əla gündür. Həm gücünüz, həm də həmişəki kimi,
inadınız çoxdur. Yəni sizin üçün görülməsi mümkün olmayan iş yoxdur.
Üstəlik, qarşınızda gözlənilməz imkanlar açılır və siz onlardan lazımi
qaydada istifadə edirsiniz. Kommersiya fəaliyyəti üçün uyğun gündür. Bu
gün bağlanan sövdələr yaxşı gəlir gətirəcək.
Gün, sizin üçün vacib olan münasibətlərin və insanların həyatınıza
qayıdışı ilə əlamətdar olacaq. Ulduzlar sizə ikinci şans verir: keçmiş
səhvlərinizi təkrarlamadan bu şansdan istifadə edin. Yaxınlarınızın
məsləhətinə qulaq verin.
Tərəzi- Sizə bir qədər dözüm gərəkdir, çünki gün
ərzində bəzi xırda-para xoşagəlməzlik yaşayacaqsınız. Sadəcə, gözləmə
mövqeyi tutun. Özünüzdən çıxmaq məsləhət deyil: neqativ emosiyalar sizi
düşünülməmş hərəkətlərə təhrik edə bilər. Yaxşı olar ki, bu günü sizi
tanıyan, anlayan, həyata baxışınızı dəstəkləyən insanlara həsr edəsiniz.
Ən azından elələrini seçin ki, sizə aydın görünən məsələləri onlara
ikinci dəfə izah etmək məcburiyyətində olmayasınız.
İşləriniz başınızdan aşır, enerjiniz isə azdır. Bu o deməkdir ki, axşama
doğru güclü yorğunluq hiss edə bilərsiniz. Səhhətinizə vaxt ayırın.
Əqrəb- Köhnə bir probleminizin yenidən baş qaldırması
ehtimalı var. Bu dəfə problemin heç olmadığı kimi davranmaq karınıza
gəlməyəcək. Ümumiyyətlə, siz artıq reallığa dönərək hər şeyi olduğu kimi
görməyə hazırsınız. Çətinlikləri aşmaq üçün sərtlik tələb olunacaq,
sözləriniz və hərəkətləriniz ətafdakıları qıcıqlandıra bilər.
İstənilən yenilənmə üçün uyğun gündür. Həm imicinizdə, həm evinizdə
dəyişikliklərə ehtyiacınız var. Lazım olmayan hər şeydən imtina edin:
bu, sizə uğur gətirəcək.
Oxatan- Həftənin ən anlaşılmaz günüdür. Bu gün
alacağınız bir xəbər sizi çaşdıracaq. Bir çox Oxatanlar planlarını
tələsik dəyişməli, başqalarının mənafeyi naminə nəyisə qurban verməli
olacaqlar. Xərcə düşəcəksiniz, amma xəsislik etməyin, bu xərclər özünü
doğruldacaq.
Yeni münasibətlərə başlaya bilərsiniz, amma ehtiyatlı olun. Bu gün
insanlara dəyərindən artıq qiymət verirsiniz, hətta buna haqqı
çatmayanlara da. Yaxınlarızla və ümumiyyətlə, yaşda sizdən cavanlarla
ünsiyyət sizi sevindirəcək: onların nikbinliyi və həyatsevərliyi sizi də
qanadlandırır.
Oğlaq- Sizin üçün çox dəyərli bir insana görə
narahatlıq keçirəcəksiniz: onun hərəkətləri sizə düşünülməmiş və
təhlükəli görünür. Öz işləriniz barədə düşünməyə vaxt qalmır, baxmayaraq
ki, onlar da özlərinə qarşı ciddi diqqət tələb edir. Əgər kommersiya
fəaliyyəti ilə məşğulsunuzsa, ehtiyatlı olun, sövdələşmələr heç nədən
korlana bilər.
Vaxtınızın çox hissəsini təmiz havada keçirməyə çalışın. Əgər gününüzü
istirahətə həsr etmək fikrindəsinizsə, aktiv istirahəti seçin. İdman,
rəqs, uşaqlarla oyunlar məsləhətdir. Əgər kitab-dəftərlə işiniz varsa,
gözlərinizə diqqət edin.
Dolça- Bu gün baş verən hadisələr sizi sevindirəcək.
Hər işiniz alınacaq. Pullarla bağlı istənilən əməliyyat uğurlu olacaq,
işgüzar hissiyyatınız sizi aldatmayacaq. Alış-veriş, sövdələr
məsləhətlidir. Bəzi Dolçalar öz gəlirlərini artırmaq üçün gözlənilməz
imkanlar qazanacaqlar.
Sizi anlayan və dəstək olan insanları asanlıqla tapırsınız.
Fantaziyasına korluq verməyənlər isə maraqlı layihələr, təkliflər irəli
sürə bilərlər. Bu gün başlanan romantik münasibətlər xoş gələcək vəd
edir.
Balıqlar- Aza qane olmayın: bu gün, doğrudan da, böyük
qələbələr qazana bilərsiniz. Düzgün qərarlar vermək üçün bilik və
təcrübəniz yetərincədir. Öz imkanlarınıza şübhə etməyi bir kənara qoyun.
İstənilən yaradıcı münasibət tələb edən layihənin həyata keçirilməsi,
həmçinin özünüdərk üçün əla gündür.
İntuisiyanıza güvənin, o, sizə pis adamları yaxşılardan seçməyə kömək
edəcək. Dostlarınızın vasitəçi olacaqları tanışlıqlar sizin üçün faydalı
olacaq.
Milli.Az