Bu gün Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı
var. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda
gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 65-75 faiz
olacaq.
Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq
küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-17
dərəcə isti təşkil edəcək.
Sentyabrın 22-23-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir.
Sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava
şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli
olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə
arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından
qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.