Xəzər Xəbər

Abituriyentlərin qeydiyyatı başa çatır

Cəmiyyət | 09:12 • 12 Sentyabr 2018
Abituriyentlərin qeydiyyatı başa çatır

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar bu gün saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.


Bu barədə xezerxeber.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.


Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.


Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Xəbər lenti