2018/2019-cü tədris ili üzrə ən yaşlı tələbə adını qazanan Atakişi Ağayev oxumaqdan imtina edib. Bu barədə
AzVision.az-a A.Atakiyev özü məlumat verib. O, təhsil haqqını başqa şəxsin göz əməliyyətına verdiyini bildirib.
"Sənədlərimi və pulu götürüb Bakıya
gəlmişdim. Qonşunun uşağı gözündən əməliyyat olunmalı idi. Onun
əməliyyatı oktyabr ayına qaldı. Pulu isə nənəsinin əməliyyatı üçün
istədilər, mən də verdim. Sənədlərimi götürüb Lənkərana qayıtdım. Burada İslam Kolleci açılıb, danışdım ödənişsiz təhsil almaq mümkündür. Elə burada da oxuyacağam”.
Qeyd edək ki, 14 aprel 1963-cü il təvəllüdlü Atakişi Ağayev 121 bal toplayaraq, qiyabi və ödənişli əsaslarla Bakı İslam Universitetinə Dinşunaslıq fakültəsinə qəbul olub. O, ilin ən yaşlı tələbəsi adını qazansa da, təhsilini davam etdirə bilməyib.