2018/2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olan tələbələrdən ən gəncinin 15, ən yaşlısının isə 55 yaşı var.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib. Onun sözlərinə görə, 22 dekabr 2003-cü il təvəllüdlü Zöhrə Qurbanova Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, 14 aprel 1963-cü il təvəllüdlü Atakişi Ağayev isə Bakı İslam İnstitutunun Dinşunaslıq ixtisasına qəbul olub.
Qeyd
edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent
iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul
olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli
əsaslarla təhsil almaq hüququ əldə edib.