Xəzər Xəbər

Bakı sakinlərinə şad xəbər

Cəmiyyət | 12:58 • 18 Avqust 2018
Bakı sakinlərinə şad xəbər
Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətindən paytaxt küçələrinin xüsusi texnika vasitəsilə təmizlənəcəyi ilə bağlı məlumat daxil olmuşdu. Həmin texnika indiyə qədər küçələrdə təmizlik işləri aparan süpürgəçi qadınları əvəzləyəcək.

Son dövrlər yol təmizləyən qadınların sürətlə şütüyən avtomobillər tərəfindən vurulması hallarına tez-tez rast gəlinirdi. Sonuncu belə hadisə ötən həftə Nəsimi rayonunda baş vermişdi. Təxminən 55-60 yaşında qadın yol kənarını təmizləyərkən vurulmuşdu. Paytaxt rəhbərliyi belə halların qarşısını almaq üçün bir sıra addımlar atmağa başlayıb. Prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq.


XəzərXəbər virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyanın "Yaroslaviç" İstehsalat Müəssisəsi "KDM76-15” "Yaroslaviç” 5 ədəd kommunal-yol maşınlarının növbəti partiyasını ötən gün Azərbaycana yola salıb. "KamAZ-65115” şassisində quraşdırılmış bu maşınlar möhkəm örtüklü asfalt yollarda xidmət üçün nəzərdə tutulub və heç bir mövsümi məhdudiyyətləri yoxdur. Onlar həm şəhər, həm də şəhərətrafı yollarda istifadə oluna bilər.

Qış aylarında bu texnika vasitəsilə şəhər küçələrini qardan təmizləmək mümkündür. Həmçinin yeni texnika ilə yola duz və maye səpmək olar. Yay aylarında isə yolların süpürülməsi, səkilərin, yol nişanlarının yuyulması, yol təmiri zamanı asfalt hissələrinin daşınmasında istifadə oluna bilər.

Bütün zəruri avadanlıqla təchiz edilmiş texnika sınaqlardan keçirilib və istismara tam hazırdır.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti