Xəzər Xəbər

Daha 23 azərbaycanlı Çində təhsil alacaq

Cəmiyyət | 17:54 • 7 Avqust 2018
Daha 23 azərbaycanlı Çində təhsil alacaq

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq 23 Azərbaycan vətəndaşı 2018-2019-cu tədris ili üzrə Çin Xalq Respublikasının nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.


Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 23 nəfər bu ölkənin nüfuzlu ali təhsil müəssisələrində logistika, proqramlaşdırma, ekologiya və mülki mühəndislik, biotexnologiya, ali təhsilin pedaqogikası, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (4 nəfər), magistratura (17 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil almaq hüququ əldə edib.


Xəbər lenti

Çox oxunanlar