Xəzər Xəbər

Sabunçuda atmosferi çirkləndirən zavod cərimələnib

Cəmiyyət | 17:47 • 31 İyul 2018
Sabunçuda atmosferi çirkləndirən zavod cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları Sabunçu rayonu, Anaşkin küçəsi 27 ünvanında fəaliyyət göstərən "Bakı fəhləsi” maşınqayırma zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətinin şüşə-boru sexinin atmosferi çirkləndirməsi səbəbindən barəsində qanunauyğun tədbir görüblər.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, quruma cavabdeh şəxs olan İskəndər Əliyev İnzibati Xətalar Məcəlləsinin 233.1 maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.


Xatırladaq ki, nazirliyin "Qaynar xətt”inə Anaşkin küçəsi 27 ünvanında tozun və qoxunun olması ilə bağlı daxil olan şikayətlə əlaqədar Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri həmin ərazidə monitorinq aparıblar. Monitorinqlərin nəticələrinə görə, havada olan tozun, səs-küyün sanitar norma həddini keçdiyi məlum olub. Havadan götürülən nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə isə etil-benzolun 10, meta-ksilolun 2,1, orta-ksilolun 1,1 dəfə normadan artıq olduğu müəyyən edilib.

Xəbər lenti

Çox oxunanlar