Xəzər Xəbər

Günvurma diaqnozuna məruz qalan 93 nəfərə tibbi yardım göstərilib

Cəmiyyət | 10:33 • 17 İyul 2018
Günvurma diaqnozuna məruz qalan 93 nəfərə tibbi yardım göstərilib

Yayın əvvəlindən bəri günvurma ilə əlaqədar Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasında 93 nəfərə tibbi yardım göstərilib.


Stansiyadan AZƏRTAC-a verilən məlumata görə, günvurma diaqnozu ilə müraciət edənlərdən 59 nəfəri profilaktiki məqsədlərlə stasionar müalicəyə cəlb olunub, 34 nəfərə yerində yardım göstərilib.


Günəşin təsirinə məruz qalanlardan 57-si kişi, 7-si azyaşlı, 29-u qadındır və onların arasında həyati təhlükəsi olan yoxdur.

Xəbər lenti

Çox oxunanlar