İyulun 15-də Bakıda və
Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, şimal-qərb
küləyinin arabir güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturu gecə 25-27°, gündüz 32-36°, Bakıda
gecə 25-27°, gündüz 33-35° isti təşkil edəcək. Atmosfer təzyiqi
normadan aşağı 750 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə
60-70 %, gündüz 40-45% olacaq.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun
temperaturu 26-27° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan,
Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun
temperaturu 27-28° isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi
ilə əlaqədar ETSN çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə
edir.
Azərbaycanın rayonlarında hava
şəraiti yağmursuz olacaq. Lakin axşam və gecə bəzi şimal və qərb
rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°,
gündüz 36-41° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti təşkil
edəcək.