Xəzər Xəbər

Tbilisi prospektində yeniliklər olacaq

Cəmiyyət | 13:47 • 3 İyul 2018
Tbilisi prospektində yeniliklər olacaq

Bakı Nəqliyyat Agentliyi bu yay paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində mühüm layihələr həyata keçirəcək.

Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, yay mövsümündə adətən şəhər yollarında nəqliyyatın axınında intensivliyin az olacağını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi yol hərəkətinin təşkili ilə irimiqyaslı layihələrin reallaşdırılmasına başlayacaq: "Layihələr hazırlanarkən küçə və prospektlər müfəssəl təhlil edilib, nəqliyyat axınına maneə yaradan məqamlar müəyyən edilərək onların aradan qaldırılması ilə bağlı optimal həll yolları irəli sürülüb”.

Onun sözlərinə görə, icrası nəzərdə tutulan layihələrdən biri "YOL1” layihəsidir: "YOL” (Yolların Optimallaşdırılması Layihəsi) layihələrinin icrası Bakı şəhərində tıxacların aradan qaldırılması və sərnişin axınının azalması baxımından mühüm əhəmiyyət kəsb edir: "Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri paytaxtın ən çox yüklənən və problemli yollarında hərəkətin daha optimal təşkili ilə bağlı bir neçə belə layihə (YOL1, YOL2, YOL3 və.s.) hazırlayıb”.

M.Ağayev deyib ki, "YOL1” layihəsi Tbilisi prospekti ilə akademik Həsən Əliyev və Şəfayət Mehdiyevin küçələrinin kəsişmələrində tez-tez rast gəlinən nöqsanların aradan qaldırılmasına hesablanıb: "Layihə çərçivəsində qeyd edilən ərazidə avtobus dayanacaqlarının yerini dəyişdirmək, Tbilisi prospektinin hər iki istiqamətində hərəkət zolaqlarının artırılması, yeni svetoforların quraşdırılması, yanlış yerlərdə yerləşən piyada keçidinin aradan qaldırılması nəzərdə tutulub”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar