Xəzər Xəbər

Son bir ildə 132 nəfər müharibə veteranı vəfat edib

Cəmiyyət | 10:50 • 1 İyul 2018
Son bir ildə 132 nəfər müharibə veteranı vəfat edib

2018-ci ilin əvvəlinə Azərbaycan Respublikası prezidentinin təqaüdünü alan Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 286 nəfər, əlillərinin sayı isə 345 nəfərdir.


Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova bildirib.


2017-ci il yanvar ayının 1-ivəziyyətinə Böyük Vətən Müharibəsi iştirakçılarından 332 nəfəri müharibə iştirakçısı kimi, 431 nəfəri müharibə əlili kimi Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunub.


Rəsmi statistikanın müqayisəsi zamanı ötən 1 il ərzində 86 nəfər müharibə əlili, 46 nəfər müharibə iştirakçısının dünyasını dəyişdiyi məlum olur.


Xatırladaq ki, 2013-cü il yanvar ayının 1-i vəziyyətinə 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 724 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı isə 1306 nəfər təşkil edib.


2014-cü il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 667 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı 1057 nəfər olub.


2015-ci yanvar ayının 1-i vəziyyətinə görə, Böyük Vətən Müharibəsi iştirakçılarından 667 nəfər, əlillərdən 1057 nəfər təqaüd alıb.


2016-cı il yanvar ayının 1-i vəziyyətinə Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 447 nəfər, əlillərinin sayı 516 nəfər təşkil edib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar