Xəzər Xəbər

Sədərək gömrüyündə MÜHÜM YENİLİK

Cəmiyyət | 15:51 • 29 İyun 2018
Sədərək gömrüyündə

Azərbaycan və Türkiyə Sədərək-Dilucu gömrük-sərhəd buraxılış məntəqəsində keçidlərin sürətləndirilməsini qərara alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindənXəzərXəbər-ə bildirilib ki, bu barədə qərar Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclasında əldə olunub.

Tərəflər Sədərək-Dilucu gömrük-sərhəd buraxılış məntəqəsinin daha səmərəli istifadəsini təmin etmək məqsədilə lazımi təşəbbüslərin həyata keçirilməsinin zəruriliyi barədə razılığa gəlib və hər iki tərəfdə sərhəd keçidlərinin sürətləndirilməsi qərarı qəbul olunub.

Sədərək-Dilucu gömrük idarələrinin rəhbərləri arasında keçirilən aylıq iclas və hesabatlardan məmnunluq ifadə edilib və bunun davam etdirilməsi də qərara alınıb.

Xəbər lenti