Xəzər Xəbər

Müəllimlər üçün vakant yerlər gizlədilir? Açıqlama

Cəmiyyət | 12:08 • 29 İyun 2018
Müəllimlər üçün vakant yerlər gizlədilir?
"Son dövrlər müəllimlərin işə qəbulu zamanı vakant yerlərin gizlədilməsi, süni vakant yerlərin çıxarılması ilə bağlı sosial şəbəkələrdə qarayaxma kampaniyası aparılır. Bunlar düzgün informasiyalar deyil"


XəzərXəbər xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.


O bildirib ki, şəhər və qəsəbə məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunmayan yerlərə vakant yerlərinin toplanması İnsan Resursları Mərkəzi tərəfindən həyata keçirilir:

"Vakansiyaların toplanmasında məqsəd hər bir müəssisədə layiqli, yüksək bal toplamış bir müəllimin olmasıdır. Əgər orada müəllim varsa, vakansiya çıxarılmır. Vakant yerlərin toplanması zamanı tədris edən müəllimlərin dərs yükündə dəyişiklik edilməməsinə də diqqət yetirilir. Çalışılır ki, həmin məktəbdə olan müəllimlərin dərs yükü və əmək haqlarında ciddi fərq yaranmasın”.

Xəbər lenti

Çox oxunanlar