Qoç- Ən adi, rutin
məsələlərin həllində ekstravaqant çözüm yollarından yararlansanız,
problemlərin öhdəsindən gələcəksiniz. Maliyyə məsələləri, sərmayə
layihələri üçün əlverişli zamandır. Əlavə gəlir istisna deyil.
İdeyalarınızı praktikada yoxlayın. Günün ikinci yarısında real gəlir
əldə edə bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla gəzintiyə
yollanın. Əsəblərinizi cilovlayın.
Buğa- Qarışıq, mürəkkəb zamandır. Astagəl olmayın,
sürətlə hərəkət edin. Xəbərləri dinləyin, gələn məlumatları saf-çürük
edin, hadisələrə təsir imkanlarına malik insanlarla görüşün.
Şəriklərinizin əhvalını və ən mühümü - fikirlərini nəzərə alın.
Sözlərinizə diqqət yetirin. Günün ikinci yarısında həmkarlarınızı
rəncidə edəcək söhbətlərə qatılmayın. Situasiyada münaqişə elementləri
var. Hər şeyi səbəbsiz yerə dramatikləşdirməyin. Şəxsi münasibətlərdə
nəyisə tələsdirməyin. Bəzən ehtiyatlı olmaq gərəkdir. Aqressiyaya və
qeybətə meylli insanlardan uzaq durun.
Əkizlər- Yorucu, usandırıcı, rutin işlərlə dolu
gündür. Yaxın ətrafınızdakı insanlar sizinlə bağlı bəlli gözləntilərə
malikdirlər. İşlərin öhdəsindən gələ bilmədiyinizi anlayırsınızsa,
dostlara yardım üçün müraciət edin. Günün ikinci yarısında praktiki
fəaliyyəti ünsiyyətdən üstün tutun. Yaşam və iş məkanlarında qayda
yaradın. Yeni layihənin detallarını qaydaya salmaq üçün səbrli olun.
Ailə üzvlərinin sizə ehtiyacı var. Səhhətinizin qeydinə qalın.
Xərçəng- Ətrafınızdakı vurnuxmanın adi elementinə
çevrilməyin. Plan çərçivəsində hərəkət edin. Öhdəlik və vədlərinizi
unutmayın. Etibar etdiyiniz insanların gözləntilərini aldatmayın. Görüşə
gecikməyin. Günün ikinci yarısında qəza, travma riski var. Şəraiti
səbəbsiz yerə gərginləşdirməyin. Mübahisələrə qatılmayın, münaqişədə
tərəf tutmayın. Hissiyyata qapılaraq sonradan ağır fəsadlara səbəb ola
biləcək addım atmayın. Problemlərin həllinə yaradıcı yanaşsanız, çətin
vəziyyətdən asanlıqla çıxış yolu tapa bilərsiniz. Enerjinizi boşuna
xərcləməyin. Ev işləri ilə məşğul olun.
Şir- Ehtiyatlı olun. Sizi iradənizə zidd olaraq
avantüraya cəlb edə bilərlər. Pullarınızı yanlış yatırma riski var.
Sərfəli olmayan alışlar etməyin. Gərəkli işlə məşğul olun. Ciddi qüvvə
və vaxt alan məhğuliyyəti unudun. Lazımi nəticə əldə etmək üçün var
qüvvənizlə çalışın. Günün ikinci yarısında abstrakt ideyaların əsirinə
çevrilməyin. Məlumat axtarın, interneti ələ-vələk edin. Yaxın
gələcəkdəki fəaliyyətin istiqamətlərini tərəfdaşlarla müzakirə edərək ən
uğurlu variantı seçin. Ailə üzvlərinin səhhəti bu gün həssas məsələdir.
Uşaqlarla və qocalarla ünsiyyətdə şəfqətli olun. Evdəkilərin işinə
yarayacaq insan olun.
Qız- Yaşamın müəyyən təfərrüatlarına diqqət yetirin.
Narahatlıq, uğursuz şərtlər istisna deyil. İşgüzar aktivliyiniz ifrata
varmamalıdır. Bir müddət fasilə edin. Yaxın gələcəklə bağlı planlarda
dəyişikliklər zamanıdır. Günün ikinci yarısında situasiyanı təhlil edin.
Mübahisələr, durumun aydınlaşdırılması üçün müzakirələr vaxtınızı
alacaq. Ailə üzvləriniz sözlərinizi yanlış anlaya bilərlər. Axşam
saatlarında gəzintiyə çıxın.
Tərəzi- Xərclərinizi artırmayın. Yaxınlarınızdan
qayğınızı əsirgəməyin. Sürətlə inkişaf edən prosesi donuq nəzərlərlə
seyr etməyin. Dəyər verdiyiniz insanın maraqlarını nəzərə alın. Yaxşılıq
müqabilində heç nə gözləməyin. Günün ikinci yarısında şəfqət və ya
səxavətiniz adekvat dəyərləndirilməyə bilər. Sürətli dəyişikliklər və
bəzi uğurlu olaylara rəğmən ziddiyyətlərdən xali olmayan vaxtdır.
Yeniliklərin optimal olması üçün əlinizdən gələni edin. Qarışıq, dolaşıq
maliyyə sxemlərinə qoşulmayın. Yaxşı tanıdığınız insanlarla çalışın.
Əqrəb- İstədiyinizdən artıq vaxtı ünsiyyətə sərf
etməli olacaqsınız. Qarşılıqlı əlaqələrin, təmasların bir neçə kanalını
nəzarətdə saxlayın. Yaxın ətrafınızdakı insanların sizinlə bağlı ifrat
gözləntiləri var. Öz problemlərinizin həlli ilə məşğul olmağınız
bəzilərini qıcıqlandıra bilər. Başqalarının maraqlarını təmin etməyə can
ataraq öz mənafelərinizi unutmayın. Günün ikinci yarısında maneələri
dəf edəndə qətiyyətli olun. Hər deyilən sözə fikir verməyin. İmicinizə
fikir verin, nüfuzunuzu zədələyə biləcək addımlar atmayın.
İntuisiyanızın səsinə qulaq asın.
Oxatan- Günün ilk yarısında yaşananları laqeyd, süst
şəkildə seyr etməyin. Aktiv olun, ətrafınızdakı insanlara fikir verin.
Dəyər verdiyiniz şəxsə təzyiq göstərməyə çalışmayın. Olayların süni
təkanlara ehtiyacı yoxdur. Günün ikinci yarısında kiməsə dərhal yardım
etmək istəyiniz əks reaksiya doğura bilər. Narazılıq, sizin hesabınıza
nəyəsə nail olmaq istəkləri ilə qarşılaşacaqsınız. Başqalarının
səhvlərinə görə utanmayın. Pullarınızdan başqalarının faydalanmasına
imkan verməyin. Axşam saatlarında normal istirahət edin.
Oğlaq- İstəklərinizə nəzarət edin. Praktik olun,
durumu normal qiymətləndirin. Alış-veriş üçün əlverişli zaman deyil. Bir
müddət sonra cazibəsini və aktuallığını itirəcək əşyaya çox pul
verməyin. Günün ikinci yarısında mümkün qədər çox informasiya əldə
etməyə çalışın. Təmaslarınıza məhdudiyyət qoymayın. Dostlarla görüşmək
istəyirsinizə, müzakirə ediləcək mövzunu dəqiqləşdirin. Ümumi maraqlar
irəliləyişə təkan verə bilər. Axşam saatlarında internetdə çox vaxt
keçirməyin.
Dolça- Həyəcan və emosiyaların bol olacağı gündür.
Artıq söz deməmək üçün özünüzü ələ alın. Bədxahlar, sizə qarşı məkrli
davranan rəqiblər durumdan istifadə edə bilərlər. Ünsiyyət çevrəsini
yanlış seçməyin. Həddən ziyadə səmimi olmayın. Günün ikinci yarısında
öhdəlikləri və vədləri unutmayın. Zərərli vərdişlərdən, pis əlaqələrdən
qurtulmaq üçün yaxşı zamandır. Zərurət yaranarsa, maliyyə və əmlak
məsələlərini tərəfdaşla, şəriklə müzakirə edə bilərsiniz. Axşam
saatlarında normal istirahət edin.
Balıqlar- Dostlardan birinin davranışı və sözləri sizi
təəccübləndirəcək. Bu adam sizdən faydalanmaq, vəziyyətdən sui-istifadə
etmək istəyir. İşdə həmkarlarınızla normal davranın. Situasiyaya total
nəzarət xülyalarını unudun. Günün ikinci yarısı kollektiv fəaliyyət üçün
münasibdir. Liderlik iddiasına düşməsəniz, hər şey yaxşı olacaq. Axşam
saatlarına yaxın yaxınlarınız sizə yardım etməyə çalışacaqlar. Onlara
azad seçim imkanları yaradın. Yorğunluq, işgüzar aktivliyin azalması
hissləri olacaq. Bir qədər dincəlin.
Milli.Az