Qoç- istənilən,
hətta ən kiçik işlərdə fayda və mənfəət arayın. Hadisələri
tələsdirməyin. Etdiyiniz seçimi dərhal açıqlamayın. Ev işləri və ailə
tədbirləri üçün əlverişli zamandır.
Yeni işə və ya fəaliyyət sahəsinə maraq yarana bilər.
Günün ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.
Buğa- yaxın ətrafınıza, yaşam arealınıza diqqət yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən verməyin.
Qüvvələrinizi bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya prosedurları müəyyənləşdirin.
Yeni informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar tərəfdaşlarla münasibətlərdə dəyişikliklər yarada bilər.
Başlanmış prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz reallaşmayacaq.
İşdə kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi tamamlamağa, onu mənalandırmağa imkan verir.
Əkizlər- perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız işlərə sərf etməyin.
Cari işlərə yetərincə vaxt ayırın.
Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun.
Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur. Axşam saatlarını romantik görüşə ayıra bilərsiniz.
Xərçəng- yeni və ağır işə başlamazdan əvvəl cari
situasiyanı yetərincə dəqiq şəkildə dəyərləndirin. Mümkün perspektivləri
proqnozlaşdırın. Real potensialınızın imkan vermədiyi qərarlar qəbul
etməklə irəliləyə bilməzsiniz.
Günün ikinci yarısında fəaliyyət sahəsini dəyişmək barədə düşünmək olar.
Alış-veriş üçün əlverişli zamandır. Sevdiyiniz insanla
münasibətlərinizi inkişaf etdirin. Qarşılıqlı sayğı çox önəmli
məsələdir.
Şir- daxili emosional durumunuz bu gün xüsusi
əhəmiyyət kəsb edəcək. Əhvalınız ailə üzvlərinizin davranışı və yaxın
ətrafınızdakı insanların əməllərindən də asılı olacaq.
Yaşamla, daşınmaz əmlakla bağlı məsələlərin çözülməsində ehtiyatlı olun. Düşünülməmiş qərarlar verməyin.
Günün ikinci yarısında işgüzar münasibətlərdə səlis, məntiqli addımlara
zərurət duyulur. Bununla belə gündəlik qayğıları, xırdalıqları,
detalları unutmayın. Alış-verişdə çox pul xərcləməyin. Maliyyə, pul
məsələlərində sayıq olun.
Önəmli ödənişləri ertələyin.
Qız- günün ilk yarısından etibarən yaranan çətin,
birmənalı olmayan situasiyalarda səliqəli davranın. Özünüzə qarşı kritik
olun. Fəaliyyət sahənizdən kənar işlərlə çox məşğul olaraq vaxtınızdan
qeyri-effektiv şəkildə yararlanmayın.
Günün ikinci yarısında işgüzar tərəfdaşlar və etibarlılığına şübhə
etdiyiniz insanlarla əməkdaşlıqda onlara çox inanmayın. İntuisiyanız
sizə dürüst qərar verməyə yardım edəcək. Dəqiq cavabını bilmədiyiniz
məsələlərdə təhtəlşüurunuza güvənin.
Tərəzi- başladığınız işləri bitirmək üçün kənardan
yardımlar gözləməyin. İşdə rəhbərliyin tapşırıqlarının öhdəsindən
gəlməyə çalışın. Müstəqil fəaliyyət üçün münasib zamandır. Rəqibləri
üstələyərək məqsədə doğru sürətlə irəliləyin.
Günün ikinci yarısında planlarda dəyişikliklər, qrafikdə yenilənmələr
ola bilər. Dövlət qurumlarına yollansanız, gözləntiləriniz
doğrulmayacaq. Gərəkli məmur yerində olmayacaq.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb- yaşımınızda uğurlu dövr başlanır. Bəxt
üzünüzə güləcək. Başladığınız işi əsla yarımçıq qoymayın. Problemlərin
həllində aktiv və sürətli olun. Xüsusi önəm verdiyiniz məsələlərdə
gecikmələrə yol verməyin. Diqqətli və sərvaxt davranın.
Günün ikinci yarısında yaxşı düşünülməmiş qərar qəbul etməyin. Yaxın
ətrafınızdakı insanların intensiv fəaliyyətini təmin etmək üçün liderlik
məziyyətlərinizdən yaralanın.
Axşam saatlarında əyləncəyə vaxt ayıra bilərsiniz.
Oxatan- günün ilk yarısından etibarən yaşanan
olaylar üzərində kontrolu itirməyin. Tərəfdaşlardan və ya şəriklərdən
biri etimadınızı doğrultmayacaq. Mühüm görüş, rəhbərliklə müzakirələr və
ya dövlət qurumunun nümayəndəsi ilə söhbət ümidlərinizi puç edə bilər.
Günün ikinci yarısında mövqelərinizi daha möhkəm, daha səbatlı edin. Ən
kiçik maneə, cılız problem əhvalınızı korlamasın. Məqsədə aparan yol
gözləniləndən uzun olarsa, əndişələnməyin.
Axşam saatlarını ailəyə həsr edin.
Oğlaq- intuisiyanıza güvənin. Qarşı tərəfin
maraqlarını da nəzərə alın. Məntiqə xəyanət etməyin. Rəqəmlər, faktlar,
hesablamalara xüsusi diqqət yetirin. Mübahisəli məqamları tərəfdaşlar,
şəriklərlə müzakirə edin.
Günün ikinci yarısında çalışdığınız yerdə rəhbərliklə münaqişə
yaratmayın. Səhvlər və yanlışlıqlar fəaliyyətinizdə geriləmələrə səbəb
olmamalıdır. Sevdiyiniz insana hədiyyə verin.
Axşam saatlarını dəyər verdiyiniz insanlara sərf edin.
Dolça- günün ilk yarısından problemlərin və
qayğıların sayı artacaq. İşinizlə bağlı məsələlərdə qəfil çətinlik
istisna deyil. Tələskənliyə yol verməyin. Problemi həll etmək üçün
biliklivə təcrübəli insanların məsləhətlərindən yararlanın.
Günün ikinci yarısında rəqiblərdən biri sizi sınağa çəkmək istəyəcək.
Yaxınlarınızla və qohumlarınızla təmaslarda səmimi, qayğıkeş olun.
Qohumlardan birinin yardıma ehtiyacı var. Neqativ emosiyaların
hərəkətlərinizi idarə etməsinə imkan verməyin.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Balıqlar- proseslər üzərində tam nəzarətə malik
olduğunuzu düşünməyin. Belə kontrol hissi illüzordur. Xəyallara
aldanmayın. Gərəkli vaxtda lazımi yerdə olmaq üçün bütün imkanlardan
istifadə edin.
Yaxın gələcəklə bağlı perspektivlərinizi dəyərləndirin. Qəfil xəbərlərdən maraqlarınız üçün istifadə edin. Mühüm olay yaşanacaq.
Günün ikinci yarısındakı hadisələr, situasiya təsadüfi deyil.
Həmkarlar və dostlarla aktiv təmaslarda olun. Ehtiyac duyduğunuz
məlumatları əldə etməyə can atın. Tələsik təmaslarda heç bir fayda
yoxdur.
Milli.Az