Ramazan bayramı münasinbəti ilə Azərbaycanda bu gündən tətil başlayır. XəzərXəbər-in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə 15, 16 iyun Ramazan bayramıdır.
Bu
il iyunun 15-i həm də Milli Qurtuluş Günü olduğu, 16 iyun isə şənbə
gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət
günlərinin yerləri dəyişdiriləcək, 18 iyun - bazar ertəsi, 19 iyun -
çərşənbə axşamı da qeyri-iş günü olacaq.
Beləliklə, Ramazan bayramında 15 iyun, 16 iyun, 17 iyun (bazar), 18 iyun və 19 iyun ardıcıl qeyri-iş günüdür.