Xəzər Xəbər

Monitorinq başa çatdı Bu çimərliklərə getməyin!

Cəmiyyət | 10:55 • 13 İyun 2018
Monitorinq başa çatdı
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimərliklərdə Xəzər dənizinin suyunun yararlığını müəyyən etmək üçün başlanmış monitorinqlər başa çatıb.


Mərkəzin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov açıqlamasında bildirib ki, aparılmış monitorinqlər nəticəsində Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliklərində dəniz suyunda baktereoloji çirklənmənin normadan çox olduğu müəyyən edilib.


"Həmin çimərliklərdə çimmək məqsədə uyğun deyil. Abşeron yarmadasında qanuni fəaliyyət göstərən çimərliklərdə dəniz suyu bütün göstəricilərə, standartlara cavab verir", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü iyun ayının 15-də başlayacaq.

Xəbər lenti

Çox oxunanlar