ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 8-də
Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas
xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.
Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan
ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kaspşik və onun səhra
köməkçisi Mixail Olaru keçirəcəklər.