Xəzər Xəbər

ORUC TUTANLAR ÜÇÜN: Pomidor suyu 8 saat ərzində toxluq hissi verir

Cəmiyyət | 13:36 • 29 May 2018
ORUC TUTANLAR ÜÇÜN:

Türkiyəli professor Oğuz Özyaral oruc tutan insanların mümkün qədər bədənin su ehtiyacını təmin edəcək yeməklər istehlak edilməsi lazım olduğunu söyləyib.

Pomidorun bir çox faydasının olduğuna işarə edən Dr.Özyaral, "pomidor illərlə dərman kimi də istifadə edilib. Bu gün bu tərəvəzi suplarda, salatlarda, yeməklərdə və meyvə suyu kimi istifadə edirik. Pomidor suyu tərəvəzin ən qidalandırıcı xüsusiyyətidir və sağlamlıq üçün bir çox faydası var. Pomidorda olan likopen güclü antioksidantdır, xərçəng də daxil olmaqla bir sıra xəstəliyin qarşısını alır. Həmçinin 8 saat ərzində toxluq hissi yaradır. Xüsusilə oruc tutan insanlar üçün pomidor suyunun böyük faydası var. Obaşdan pomidor suyu istehlak edilməlidir", - deyə bildirib.

Pomidorun qabığı soyulmamalıdır

Dr.Özyaral pomidorların istifadəsi ilə biyoyararlanmaların artdığına da işarə edərək, belə davam edib:

"Yəni tomatı, suyu, püresi, soyutması, ya da közlənmiş halı ilə də pomidorun likopen sıxlığı təxminən dörd dəfə arta bilər. Bu da pomidor suyunun təzə pomidorlardan daha yaxşı likopen mənbəyi olduğu mənasına gəlir. Likopen pomidorun qabığında yerləşir. Buna görə də pomidor yeyilərkən qabıqları heç vaxt atılmamalıdır".

Pomidorun həzm sistemini möhkəmləndirdiyini vurğulayan Dr.Özyaral, "tərkibindəki zəngin lif öd istehsalını normalaşdıraraq qəbizlik, əzələ ağrısı və hədsiz şişkinlik kimi problemləri aradan qaldırır", - deyə bildirib.

Pomidor suyu necə hazırlanır?

Pomidor suyunun hazırlanması ilə bağlı məlumat verən Dr.Özyaral belə danışıb:

"6-8 böyük pomidor, 2 kərəviz özəyi, 1 orta böyüklükdə baş soğan, təzə qırmızı soğanı, 6-7 ədəd təzə sarımsaq və ya 4-5 diş sarımsaq, 2 ədəd qırmızı bibər, 1 desert qaşığı acı qırmızı pul bibər, 1 desert qaşığı sumaq, 2 yemək qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 1 çay qaşığı təzə çəkilmiş istiot. Əvvəl bütün məhsullar kiçik parçalar halında doğranır və blenderlə yaxşıca qarışdırılır. Bu qarışıq qazana tökülərək içərisinə ədviyyat əlavə olunur. Daha sonra asta-asta qarışdırılaraq orta odda 20 dəqiqə bişirilir. Qarışıq şorba konsistensiya gələndə ocaqdan endirilir. Soyuduqdan sonra mikserlə yaxşıca püre halına gələnə qədər qarışdırılır"./Faktxəbər

Xəbər lenti

Çox oxunanlar