Xəzər Xəbər

Bu çiyələkləri almayın Təhlükəli xəstəliklər yaradır

Cəmiyyət | 13:18 • 29 May 2018
Bu çiyələkləri almayın

Hazırda Bakının bazar və mağazalarında satılan çiyələklərin 98 %-i yerli məhsullardır.

Bunu AzNews.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, satışda olan çiyələklər arasında genetik modifikasiya olunmuş (GMO) məhsullar da var:

"Balaca çiyələk növləri var ki, tez xarab olur. Amma bərkidilmiş, bazar üçün yararlı olan və bıçaqla kəsilən çiyələklər də var. Bazarlarda onların tərkibi ilə bağlı yoxlamalar apardıq. Məlum oldu ki, çiyələklərin tərkibində nitradların miqdarı normaldır. Təhlükəli çiyələklərdə də nitradların miqdarı çoxdur. Bunlar genetik modifikasiya olunmuş çiyələklərdir. Hansı ki, həmin çiyələklərin tərkibi ancaq laboratoriyalarda yoxlanılır”.

Eyyub Hüseynovun fikrincə, biçaqla kəsilən çiyələklər insan həyatı üçün çox təhlükəlidir: "Ancaq balaca və tez xarab olan çiyələklər almaq lazımdır. Bıçaqla kəsilən çiyələklərdən uzaq olun ”.

Xəbər lenti

Çox oxunanlar