Natiq Behbudov adına
İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin 11 A sinfinin 8 şagirdi
şagirdləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul
imtahanlarında 600-dən çox bal toplayıb. Onlardan biri isə 700 bal
yığıb.
İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov AzVision.az-a açıqlamasında bildirib ki, şagirdlərin yüksək nəticələr göstərməsi gözlənilən idi.
"6
nömrəli məktəb rayonun ən yaxşı məktəblərindəndir. Hər il 3-4 məzun
600-dən çox bal toplayıb. Bu il bu rəqəm iki dəfə artdı. 1 şagird 700
bal, qalan 7 şagird isə 600-dən yuxarı nəticə göstərib. 700 bal toplayan
şagird Vasif Əsədovdur. Sabrina Yolçuyeva 656, Ramil Ağayev 655, Səbinə
Kərimova 635, Murad Hacıyev 620, Rəşad Musayev 616, Kənan Məmmədov 610,
Ceyran Mehdiyeva isə 605 bal toplayıb”.
Təhsil şöbəsinin müdiri
bildirib ki, müəllimlərin apardığı uğurlu işin nəticəsində gözlənilən
nəticələr əldə edilib. "Son 3 ildir ki, rayonumuzda 700 bal toplayan
şagirdlər olub. 6 nömrəli məktəbdən iki 700 bal toplayan şagird
gözləyirdik, amma biri özünü doğrultdu. Dövlət İmtahan Mərkəzi
tərəfindən nəticələr açıqlanmadığı üçün tam məlumat verə bilmirik. Bu,
şagirdlərin yazılarına əsasən hesablanıb”.