"Formula 1”
yarışlarının Azərbaycanda keçirilməsi ölkəmizi dünyada tanıtmaqla
yanaşı, turistlərin Bakıya axınına səbəb olur. "Formula 1” Azərbaycan
Qran-Prisini izləmək üçün ölkəmizə dünyanın müxtəlif ölkələrindən
azarkeşlər gəlir.
Azərbaycan Tuirizm Assosasiyasının sədri Nahid Bağırov AzVision.az-a bildirib ki, artıq şəhərin mərkəzi və mərkəzə yaxın otellərində boş otaqlar tapmaq mümkün deyil.
"Bu
yarışların dünyada azerkeşləri əsasən orta təbəqə və orta təbəqədən
yüksək insanlardır. Bu gün dünynın müxtəlif ölkələrindən yarışı izləmək
üçün ölkəmizə gələn turistlər də məhz onlardır. Yarışlara böyük maraq
var. Dünyanın müxtəlif ölkələrindən Bakıya turistlər gəlir. Hazırda şəhərin mərkəzinda və yaxın ərazilərdə yerləşən otellərdə boş yer tapmaq çətin məsələdir”.
Qeyd
edək ki, Azərbaycan Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək.
Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda baş tutacaq.