Nazir əmr imzaladı
Bu uşaqların siyahısı hazırlanacaq
Avropa immunlaşdırma həftəsinin keçirilməsi ilə bağlı Səhiyyə nazirliyi tərəfindən əmr imzalanıb.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin
(RGEM) direktor müavini Afaq Əliyeva məlumat verib. A. Əliyeva bildirib
ki, səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı 16 aprel 2018-ci il
tarixli 26 saylı əmrdə aprelin 23-dən 29-dək respublikanın bütün şəhər
və rayonlarında immunlaşdırma həftəsinin keçirilməsi müəyyən edilib:
"Bütün səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəbə
görə,peyvənddən kənarda qalan uşaqların bu həftə ərzində vaksin
edilməsi nəzərdə tutulub. Həm səhiyyə şöbələri, həm də GEM mərkəzləri
tərəfindən peyvənddən kənarda qalan uşaqların siyahısı hazılanacaq,
onların peyvəndə dəvət edilməsi ilə bağlı işlər görüləcək. Peyvənd
məntəqələrinin işçiləri ilə GEM tərəfindən görüşlərin, maarifləndirmə
işlərinin aparılması da nəzərdə tutulub. İmmunlaşdırma həftəsi ərzində
aparılan işlər Respublika GEM-nə təhvil verildikdən sonra bu barədə
ictimaiyyətə geniş açıqlama veriləcək"./Movqe.az