Quba rayonunda 22 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən
XəzərXəbər-ə verilən məlumata görə, Quba
rayonunda həyata keçirilən yol infrastrukturu layihələri 2 istiqamət
üzrə 50 km uzunluğa malik avtomobil yollarını əhatə edir. Bu
başlanğıcını respublika əhəmiyyətli Quba-Xaçmaz
avtomobil yolunun 13-cü km-dən götürən 17 km uzunluğa malik
Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi
və başlanğıcını M1 Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik
İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu
üzrə uzanan yollardır.
11 yaşayış məntəqəsini əhatə edən
Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi
avtomobil yolu boyu zəruri olan yerlərdə torpaq yatağının təmiri və
bərpası üçün yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl
materialı tökülərək kipləşdirilib, əsasın alt və üst layının nəzərdə
tutulmuş qalınlıqda tikintisi aparılıb, hazırda isə əlaqələndirici bitum
səpilməklə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton
örtüyünün döşənməsi işləri aparılır.
Tikinti
layihəsinə uyğun olaraq çiyinlərin bərpası işləri, 240 paqon-metr
uzunluğunda dairəvi dəmir-beton boruların quraşdırılması və izolyasiyası
işləri də yerinə yetirilmiş işlərdəndir. Daha sonra yol boyu 700 ədəd
siqnal dirəyi, 148 ədəd yol nişanı, 17 ədəd km göstəricisi
quraşdırılacaq, 51 kmuzunluğunda xətlənmə işləri aparılacaq.
11
yaşayış məntəqəsini əhatə edən digər
İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil
yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yol boyunca hazırda
torpaq işləri həyata keçirilir, yol yatağının yararsız qruntu qazılıb
çıxarılır, qazılmış və genişləndirilmiş hissələrdə yararlı materialla
kipləşdirmə işləri aparılır. Bu işlərin həcmi 48 min kub.m təşkil edir.
Texnoloji
ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi tikinti norma və
standartlarında nəzərdə tutulmuş qarışıqlardan istifadə edilməklə
təqribən 350 min kv.m sahədə yol əsası inşa ediləcək və ardınca 200 min
kv.m sahəni əhatə edən həcmdə asfalt-beton örtüyünün döşənməsi işləri
aparılacaq.
İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq
marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan
layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədədkm göstəricisinin və
1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili
üçün yolciqgi və yolgöstərici xətlərin çəkilməsi nəzərdə tutulub.