Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə
verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz
mülayimləşəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 14-19° isti
olacaq.
Naxçıvan Muxtar Respublikasında hava
şəraiti əsasən yağmursuz keçəcək, qərb küləyi arabir güclənəcək.
Temperatur gecə 4-9° isti, gündüz 21-26° isti təşkil edəcək. Yuxarı
Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava
əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu
gecə 2-7° isti, gündüz 10-15° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava
əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu
gecə 5-10° isti, gündüz 17-22° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava
əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq,
qərb küləyi arabir güclənəcək. Temperatur gecə 4-9° isti, gündüz 14-19°
isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacaq.
Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava
əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu
gecə 5-10° isti, gündüz 18-23° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava
əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq, şərq küləyi
əsəcək. Temperatur gecə 6-9° isti, gündüz 15-20° isti, dağlarda gecə
0-5° isti, gündüz 12-17° isti olacaq.