Bu gün Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 12-17° isti, Bakıda
gecə 3-5° isti, gündüz 14-16° isti təşkil edəcək. Atmosfer təzyiqi 761
mm civə sütunundan 749 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət gecə
70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava
şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb
küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə
4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15°
isti təşkil edəcək.
Nazirlik hava
şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Martın 24-ü axşam,
25-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Bəzi
yerlərdə yağışların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb
küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.