"Fevral ayının 12-dən bu günə qədər 1 saylı şəhər poliklinikasında 6783 nəfər müayinədən keçib”
Bunu jurnalistlərə açıqlamasında poliklinikanın baş
həkimi Kübra Cabbarova deyib. Onun sözlərinə görə, müraciət edən
xəstələrdə daha çox ürək, mədə-bağırsaq və ağ ciyər xəstəlikləri aşkar
olunub.
K.Cabbarova qeyd edib ki, poliklinikaya rayon ərazisində
çalışanlar da müraciət edir: "Poliklinikada 46500 nəfər qeydiyyatdadır.
Ancaq, təkcə qeydiyyatımızda olanlar yox, ümumən rayon ərazisində
çalışanlar da müayinə üçün bizə müraciət edir. Müraciətlər zamanı
xəstələrdə mədə-bağırsaq, tənəffüs sistemi, bronxit, plevmaniya,
sətəlcəm kimi xəstəliklər aşkar olunub”.
Baş həkim deyib ki, hər kəs ildə heç olmasa iki dəfə flüoqraf, bir dəfə isə roentgen müayinəsindən keçməlidir.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin
sərəncamı ilə fevralın 12-dən Səhiyyə Nazirliyinin tabeliyində olan
tibb müəssisələrində əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə
başlanılıb. Proses mayın 12-də yekunlaşacaq.