Xəzər Xəbər

ŞAD XƏBƏR: Bakıdan Naxçıvana əlavə aviareyslər olacaq

Cəmiyyət | 12:01 • 9 Mart 2018
ŞAD XƏBƏR:

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bunu "Report"a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, bayramda sərnişin sıxlığının artdığı nəzərə alınaraq Bakıdan Naxçıvana əlavə aviareyslər olacaq.

"Bununla yanaşı, bütün istiqamətlərdə çarter reyslərinin təşkili, təyyarələrin daha böyükləri ilə əvəzlənməsə mümkündür", - deyə o, qeyd edib.

Xəbər lenti

Çox oxunanlar