1) Siqaretdən heç istifadə etməmək
üçün bir gün seçin və səbəb hər nə olursa olsun siqaret çəkməyin. Sizdən
əvvəl siqareti tərgitmiş insanlarla danışın, praktikanızı bölüşün.
Ailənizdən, dostlarınızdan, iş yerinizdən dəstək alın.
2) Sağlamlıq üçün risk faktorlarını nəzərinizdə saxlayın. XəzərXəbər
immunitet.az-a istinadən bildirir ki, xərçəng başda olmaqla siqaretin
yol aça biləcəyi xəstəliklərin siyahısını tutun.
3) Siqaretçəkmə ilə əlaqəli davranışlarınızı və vərdişlərinizi qeyd
edin. Hər gün çəkməyini sevdiyiniz 3 siqaret haqqında və bunları harada,
nə vaxt çəkdiyinizi yazın.
4) Idmanla məşgul olun. Gündə heç olmazsa 20-30 dəqiqə piyada gəzin. Meditasiya, yoga kimi məşğuliyyətlərə meyl edin.
5) Ev, maşın, iş yerinizdə sizə siqareti xatırlada biləcək ən kiçik
nişaələri belə aradan qaldırın. Iradənizə hakim olmağa çalışın.
6) Qidalanmağa diqqət yetirin.
7) Filmə, teatra, konsertlərə gedin. Restoran, otel, təyyarə kimi
ictimai yerlərdə siqaret istifadə olunmayan şöbələrdən istifadə edin.
8) Hər hansı qida yaxud içki sizə siqaret çəkməyə həvəsləndirirsə, həmin qida növündən mümkün qədər uzaq olun.
9) Siqareti alkoholla birgə qəbul edirsinizsə və siqareti tərgitməyə
çalışırsınızsa yaxşı olar ki, alkoholdan da uzaq olasız. Ən azından
siqareti tam tərgidənə qədər.
10) Iradəli olun.
Narkotiklərdən çox siqareti atmaq həm psixoloji həm fizioloji baxımdan
nisbətən asandır. Əsas məqsəd siqaret tüstüsü olan yerlərdən uzaq
durmağa çalışmaq, siqaret çəkən şəxslərlə daha az kontakda olmaqdır.
Siqaret çəkən şəxslərdə:
* Nəfəsdən xoşagəlməz qoxu gəlir
*Dişlər vaxt keçdikcə saralır
*Dilin dad almaq qabiliyyəti zəifləyir
*İmmunitet aşağı düşür
*Dəri quruyur, qırışır, tez qocalır
*öskürək, nəfəs darlığı, yuxu problemləri, əsəbilik artır
*ağciyər xəstəliklərinin əmələgəlmə ehtimalı yüksək olur.