Dövlət İmtahan Mərkəzi
(DİM) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini
keçirir.
Mərkəzdən
XəzərXəbər-ə verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılır.
İmtahanda
iştirak üçün 12387 bakalavr ərizə təqdim edib. Onlardan 11205 nəfəri
Azərbaycan bölməsi, 1182 nəfəri rus bölməsi üzrə imtahan verir. Ərizə
verənlərin 5321 nəfəri oğlan, 7066 nəfəri isə qızlardır. Bakalavrlardan
6833-ü cari ilin, 5554-ü isə əvvəlki illərin məzunlarıdır, 31 nəfər
xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 3, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində bir binada təşkil olunur.
Bakıda 10705, Naxçıvanda 339, Gəncədə 838, Mingəçevirdə 292, Lənkəranda
213 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına
123 imtahan rəhbəri, 1153 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanda
iştirak üçün ərizə təqdim etmiş ən yaşlı bakalavr 1961-ci il ildəndir.