Xəzər Xəbər

Soyuqdəymə üçün faydalı resept

Cəmiyyət | 17:08 • 23 Fevral 2018
Soyuqdəymə üçün faydalı resept

Zökəm və yaxud qrip zamanı istifadə olunan bir çox vasitələr var. Bu resept də faydalı reseptlərdəndir, çünki qeyd olunan bütün bitkilər bədəni tərlədir, yumşaldır, qanı duruldur və sakitləşdirici bir təsir göstərir.

  • Məkkəgülü (hibiskus) – 30 qram
  • Cökə – 100 qram
  • Kəklikotu – 50 qram
  • Nanə – 30 qram
  • Ballı nanə (melissa) – 30 qram
  • Yerli qara çay –200 qram

Tərkib hissələrini bir-birinə qarışdırın, sonra 3 xörək qaşığı 6 stəkan su tutan çaynikdə dəmləyin, zoğal və yaxud moruq mürəbbəsi ilə için. Tövsiyə edirəm ki, bədən tərləyincə, hətta gün ərzində 10-15 stəkana qədər içəsiniz. Çayın çox gözəl dadı var./faktxəbər

Xəbər lenti

Çox oxunanlar