Xəzər Xəbər

Paytaxtda 200-ə yaxın pandus quraşdırılıb

Cəmiyyət | 09:39 • 22 Fevral 2018
Paytaxtda 200-ə yaxın pandus quraşdırılıb

2017-ci ilin dekabrın 9-dan paytaxt ərazisindəki yol kəsişmələrində və səkilərdə pandusların tikinti-quraşdırma işlərinə başlanılıb. Bugünədək 200-ə yaxın pandus quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) XəzərXəbər-ə  verilən məlumata görə, pandusların maililiyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişir və sürüşməyə davamlı səthdən ibarətdir.

Qeyd edilib ki, Hüseyn Cavid prospekti və Ayna Sultanova, Seyfəddin Dağlı və Məmməd Rəhimov küçələrinin, Bülbül prospekti və Mirzəağa Əliyev, Dilarə Əliyeva küçələrinin kəsişməsində tikinti-quraşdırma işləri yekunlaşıb. Həmçinin 28 May və Mehbalı Zeynalabdıyev, Rixard Zorge küçələrinin, Dilarə Əliyeva və Rixard Zorge, Rəşid Behbudov və Xəqani küçələrinin kəsişmələrində, Fizuli küçəsində və Xocalı prospektində də işlər başa çatıb. Ümumilikdə isə ilkin mərhələdə Bakı şəhərinin 5 rayonunda 415 pandusun tikintisi cari il iyul ayının 1-dək yekunlaşacaq.

Bakı Nəqliyyat Agentliyi yol infrastrukturunu əlilliyi olan şəxslərin rahat hərəkəti üçün əlverişli etmək məqsədilə başladığı layihə çərçivəsində geniş maarifləndirmə işlərinə də start verib. Məqsəd hərəkət iştirakçılarına mühüm sosial əhəmiyyət kəsb edən layihə barədə ətraflı məlumat vermək, eyni zamanda, panduslardan düzgün istifadə edilməsi ilə bağlı maarifləndirmə işini təşkil etməkdir.

Qeyd edək ki, yol infrastrukturunun əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulub.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar