Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
XəzərXəbər-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 190-230, Lənkəran-Astara bölgəsi çaylarında 100-150, Naxçıvan MR çaylarında isə 210 faizini təşkil edir.
Tranzit
çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən
məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Məntəqədə su
sərfi 177 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir.
2017-ci ildə isə bu rəqəm 132 m3/s olmaqla ongünlük normanın 84 faizini
təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun
səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 67 m3/s
olmaqla, ongünlük normanın 100 faizini təşkil edir. 2017-ci ildə isə bu
göstərici 44 m3/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər
olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, Kür
çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub.
Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 6, Bankədə 4 sm azalma, Surrada 3, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım qeydə alınıb.
Surra
məntəqəsində suyun səviyyəsi 377 sm (2017-ci il yanvarın 26-da 411 sm),
Şirvanda 239 sm (2017-ci il yanvarın 26-da 333 sm), Salyanda
195 sm (2017-ci il yanvarın 26-da 262 sm), Bankədə 201 sm (2017-ci il
yanvarın 26-da 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 114 sm
(2017-ci il yanvarın 26-da 130 sm) təşkil edib.