Daxili İşlər Nazirliyi aşağıda
göstərilən polis orqanlarında vakant yol-patrul xidməti inspektoru
(sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar
müsabiqə elan edir.
XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, boş iş yerləri Baş Dövlət Yol Polisi İdarəsində (1 vəzifə), Bakı şəhəri Dövlət Yol Polisi İdarəsində (27) və Nərimanov (1) rayon polis idarələrində, Hacıqabul (1), Kürdəmir (1), Samux (1), Yevlax (1), Cəlilabad (1), Laçın (1), Xızı (1), Şəki (1) şəhər, rayon polis şöbələrindədir.
37
vakant vəzifənin komplektləşdirilməsi məqsədilə keçiriləcək müsabiqədə
avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, habelə tam
orta təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, 3
il sürücülük təcrübəsinə malik, yaşı 21-dən aşağı, 26-dan yuxarı
olmayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi
xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum
olunmamış, Bakı
şəhəri və yuxarıda göstərilən rayonlarda qeydiyyatda olan və
"Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında
Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan
Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə
iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq
səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük
vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dillərdən birini
sərbəst bilən və dövlət ali təhsil müəssisələrini bitirmiş namizədlərə
üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər
2018-ci ilin yanvar ayının 08-dən fevral ayının 05-dək hər gün
(istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Daxili
İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi 4) sənədlərini təqdim etməlidirlər.