Xəzər Xəbər

Vulkanlarının 21%-dən çoxunun sahəsində neft var

Cəmiyyət | 17:57 • 15 Yanvar 2018
Vulkanlarının 21%-dən çoxunun sahəsində neft var

"Azərbaycanda olan 350-dən artıq palçıq vulkanının 21 faizdən çoxunun sahəsində pirokondensant və neft ayrılmaları müşahidə olunur".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Dilqəm Tağıyev Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində təqribən 600 milyon ton yanar şist var: "Bunlar səthdə yerləşməsinə, kükürd və radioaktivliyin səviyyəsinə görə dünya nümunələrindən üstündür".

Azərbaycanda 250 milyon ton təbii bitumun olduğunu vurğulayan akademik qeyd edib ki, bunun 40 milyon tonu təkcə Abşeronun payına düşür.

Xəbər lenti