Xəzər Xəbər

“Azərkosmos” nazirliyin tabeliyindən çıxarıldı

Cəmiyyət | 10:22 • 11 Yanvar 2018
“Azərkosmos” nazirliyin tabeliyindən çıxarıldı

"Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Sənədə əsasən, Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 1-ci hissəsi ləğv edilib.

Nazirlər Kabinetinin digər qərarına əsasən, "Azərkosmos" ASC gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısına daxil edilib.

Xəbər lenti