Xəzər Xəbər

Pensiyaçı qadının pulunu tapıb özünə qaytardı Azərbaycanda insanlıq dərsi

Cəmiyyət | 14:54 • 27 Dekabr 2017
Pensiyaçı qadının pulunu tapıb özünə qaytardı

Bakıda klinikaların birində çalışan həkim-kardioloq Hikmət Quliyev alqışlanılası addım atıb.

O, bankomatdan pul çıxarmaq istəyərkən müştərilərdən birinin 100 manat pulunu və məxaric qəbzini burada unutduğunu görüb.

Hikmət Quliyev pulun sahibini 20 dəqiqə gözləsə də, bankomata yaxınlaşan olmayıb. Daha sonra bankomatın aid olduğu bankın baş ofisinə yollanan həkim, pulun kimə sahib olduğunu dəqiqləşdirə bilib. Nəticədə pul sahibinə qaytarılıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Hikmət Quliyev pulun sahibinin yaşlı qadın olduğunu bildirib. O qeyd edib ki, qadın 176 manat pensiya alırmış. Yaşlı qadın da pulu məhz pensiyasını bankomatdan çıxarmaq istəyərkən orada unudub./Yenicag.az

Xəbər lenti