Xəzər Xəbər

Sürücülərin DİQQƏTİNƏ! Gürcüstanda qalmaq üçün pul ödəyəcəklər

Cəmiyyət | 10:49 • 23 Dekabr 2017
Sürücülərin DİQQƏTİNƏ!

2018-ci ilin martın 1-dən etibarən xarici nömrəli avtomobillərin sürücüləri 15 gündən artıq müddətdə Gürcüstanda qaldıqları təqdirdə nəqliyyat vasitələrini sığortalamalı olacaqlar.

XəzərXəbər "Sputnik – Qruziya”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanda qəbul olunan yeni qanun layihəsində bildirilib

Məlumata əsasən, sığortanı nəzarət-keçid məntəqələrində əldə etmək mümkün olacaq. Sığorta paketinin dəyəri nəqliyyat vasitəsinin dəyəri və sığorta müddətindən asılı olacaq. Avtonəqliyyat vasitəsi 15, 30, 90 gün və ya bir il müddətinə sığortalana bilər.

Sığorta yol-nəqliyyat qəzası zamanı həm fiziki, həm də mənəvi zərəri qarşılamalıdır.

Yeni qaydalara əsasən, çəkisi 3,5 tona qədər olan avtomobillər motorun ölçüsündən asılı olmayaraq Gürcüstanda 15 gündən artıq qalmağa 30 lari, 30 günə qədər 50 lari, bir ilə qədər isə 295 ları sığorta pul ödəməlidirlər.

Qeyd edək ki, yeni qayda bütün qonşu ölkələrin vətəndaşları ilə yanaşı Azərbaycanlı sürücülərə də şamil olunacaq.

Xəbər lenti