Bakıda və Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, gündüz saatlarında yarımadanın bəzi yerlərində çiskinli
olacağı gözlənilir. Arabir duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
XəzərXəbər-ə
verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim
cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron
yarımadasında gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 755 mm civə
sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil
edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq
ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə
arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 8-13 dərəcə
isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9
dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə,
dekabrın 24-ü axşamadək Abşeron yarımadasında küləkli və rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Dekabrın 22-si axşamdan 24-ü axşamadək hava
şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz
saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi
gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 24-də bəzi rayonlarda
arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə
intensiv olacağı gözlənilir.